Ruhanidən Qarabağla bağlı razılaşma barədə - Açıqlama

img

10-11-2020 [17:13]


"İran İslam Respublikası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının qonşusu olaraq və bölgə xalqları ilə çoxsaylı tarixi ortaqlıqlarına güvənərək, Rusiya hakimiyyət orqanlarının hərbi münaqişəyə son qoymaq və diplomatik həll prosesinə başlamaq barədə son qərarını alqışlayır".

IRNA xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Həsən Ruhani bildirib.

"İran ümid edir ki, iki ölkə aralarındakı fikir ayrılıqlarını sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll edə biləcəklər. Bu baxımdan, İran, atəşkəs və sülhün bərqərar olması üçün bir barışıq planı, həmçinin, münaqişə tərəfləri və digər maraqlı ölkələrlə intensiv məsləhətləşmələr, gərginlik və mübahisələrin azaldılması, sabitlik, təhlükəsizlik və davamlı sülh və ədalət yaradılması üçün hər cür səy göstərib", - deyə Həsən Ruhani qeyd edib/Reyting.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA