Tramp Müdafiə nazirini vəzifədən azad etdi - Yeni təyinat

img

09-11-2020 [23:55]


ABŞ prezidenti Donald Tramp Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzin başçısı Kristofer Milleri müdafiə naziri Mark Esperin yerinə təyin etdiyini bildirib.

Bu barədə o, özünün “Twitter”dəki hesabında yazıb.

"Milli Terrorla Mübarizə Mərkəzinin çox hörmətli direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən-red) Kristofer Millerin bundan sonra müdafiə naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunam. Kris çox yaxşı işləyəcək! Mark Esper vəzifəsindən uzaqlaşdırıldı. Ona xidmətinə görə təşəkkür edirəm", - Tramp yazıb.

Xatırladaq ki, son aylar mətbuatda Esperin vəzifəsindən istefa vermək istəməsi barədə şayiələr yayılmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA