Sosial Tədqiqatlar Mərkəzi Dövlət Bayrağı ilə bağlı sorğu keçirib

img

09-11-2020 [13:23]


Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların Dövlət Bayrağına, eləcə də İkinci Qarabağ müharibəsinin milli şüurda Azərbaycanın Dövlət Bayrağının rəmzi mənasına gətirdiyi əlavə dəyərlərə ictimai münasibətini öyrənmək məqsədilə sorğu keçirib.

Mia.az xəbər verir ki, respondentlərin 81.3%-i Dövlət Bayrağını görəndə qürur, təxminən hər on nəfərdən biri (10.7%) qələbə, 14.8% isə sevinc hissi yaşadıqlarını bildirib.

Böyük əksəriyyət (86%) üçün Dövlət Bayrağı Qarabağda qələbənin, hər üç nəfərdən biri (35.7%) üçün müstəqilliyin, seçmənin digər üçdə biri (31.5%) üçün isə dövlətçiliyin rəmzidir. Cəmi 25,5% bayrağı milli birliyin rəmzi kimi gördüyünü qeyd edib.

Bayrağın işğaldan azad olunan torpaqlarda dalğalandığını görmək (90.1%) və Ali Baş Komandanın qələbə xəbərlərini verməsi fonunda görmək (90%) respondentlərin mütləq əksəriyyətinin Dövlət Bayrağıyla qürur duymasının əsas səbəbidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA