Xüsusi təyinatlılarımız Şuşaya 3 istiqamətdən girib: "Küçə döyüşləri dərhal başlayıb və..."

img

09-11-2020 [10:32]


Şuşa üzərində tam nəzarət noyabrın 7-i  axşam saatlarında  qurulub. Şənbə günü səhər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələri şəhərə üç tərəfdən daxil olub. Bu müharibənin bütün dövründə ən uğurlu və ən cəsarətli bir əməliyyat idi. 

Mia.az xəbər verir ki, bu barədə Turan-a vəziyyətlə tanış olan hərbi mənbə məlumat verib.

Onun sözlərinə görə, küçə döyüşləri dərhal başlayıb və artıq günün ikinci yarısında düşmənin müqaviməti qırılıb. Bundan sonra binaların və düşmənin gizləndiyi mümkün yerlərin təmizlənməsi aparılıb. Axşam saatlarında son müqavimət nöqtələri yatırdılıb  və səhərə qədər şəhərdə aktiv döyüşlərın olmadığı bildirilir.

8-ci səhərdən etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əldə etdikləri müvəffəqiyyətə əsaslanaraq Şuşanın xaricində bir neçə istiqamətdə hücumlarını davam etdiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA