Bakı şanlı bayrağa bürünüb - FOTOLAR

img

09-11-2020 [08:01]


Artıq iki aya yaxındır ki, üçrəngli bayrağımız Bakının küçə və prospektlərinə, park və meydanlarına, habelə yaşayış, inzibati binalarına xüsusi gözəllik bəxş edir.

Mia.az xəbər verir ki, Bakıda, eləcə də respublikamızın bütün şəhər və rayonlarında müstəqilliyimizin, dövlətçiliyimizin simvollarından olan üzrəngli bayraqlarımız dalğalanmaqdadır.

Azərbaycan Ordusunun sentyabrın 27-də cəbhədə düşmənin təxribatının qarşısını alması və uğurlu əks-hücum əməliyyatından sonra vətəndaşlar hərbçilərimizə dəstək məqsədilə bayraq aksiyasına başlayıblar. Noyabrın 8-də ordumuzun Şuşanı işğaldan azad etməsi paytaxt sakinlərinin böyük sevinci, coşqusu, zəfər bayramı sevinci ilə qarşılanıb. Üstəlik, daha bir fərəhli gün - 9 noyabr – Dövlət Bayrağı Günü sevinci sevincə qatdı. Bakı üçrəngli bayrağa bürünərək cəbhədən yeni-yeni müjdələr, qələbə xəbərləri gözləyir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA