Ermənilər Ağdamın Mahrızlı kəndinə top atıb, ev tamamilə dağılıb

img

08-11-2020 [12:37]


Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Məlumata görə, noyabrın 8-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Mahrızlı kəndini artilleriya atəşinə tutub.

Düşmənin atdığı top mərmilərindən biri Mahrızlı kənd sakini Qalib Gərayovun yaşayış evinə düşüb. Nəticədə ev tamamilə dağılıb. Ev quşları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, bu gün ərzində ermənilər Ağdam rayon ərazisinə 100-ə yaxın top mərmisi atıb, 15-ə yaxın mülki evə və mağazaya ziyan dəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA