Sabahın hava proqnozu açıqlandı

img

08-11-2020 [12:06]


Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında havann dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal- qərb küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Noyabrın 9-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti olacaq.

Sabah Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üşün əsasən əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA