Tramp tələb etdi, tərəfdarları isə iki seçki mərkəzini basdı: "Səs sayımını dayandırın” - Bayden isə "qəti imkan verməyəcəyik" dedi

img

05-11-2020 [19:32]


ABŞ-ın hazırkı Prezidenti Donald Tramp artıq səslərin sayılmasının dayandırılmasını tələb edib.

Mia.az TRT-yə istinadla xəbər verir ki, Tramp seçki günündən sonra  verilən səslərin etibarsız olacağını deyib: “Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”.

Bu arada Trampın tərəfdarları Arizona və Miçqanda səsverə mərkəzlərini basaraq, səslərin sayıılmasının dayandırılmasını tələb edib.

Trampın rəqibi Co Bayden isə səslərin sonadək sayılmasını tələb edib: "Səslərin sayılmasına mane olunmasına qətiyyən imkan verməyəcəyik".

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA