Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin filial və nümayəndəliklərinin yaradılması nəzərdə tutulur

img

05-11-2020 [16:28]


“Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin filial və nümayəndəliklərinin yaradılması nəzərdə tutulur”.

Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

O bildirib ki, regionlarda, Naxçıvanda nümayəndəliklərin açılması nəzərdə tutulur: “Hətta düşünürük ki, azərbaycanlılar çox yaşayan ölkələrdə nümayəndəliklər yaradılsın. Səfirliklərdə dil kurslarının açılması ilə bağlı bizə müraciətlər olur. Həmin ölkələrdə Azərbaycan dilində təhsil olmadığı üçün övladlarımız Azərbaycan dilindən uzaq qalır. Uşaqlar harada yaşayırsa, həmin ölkənin dilinə meyil edir. Bunların hamısı üçün bir mexanizm hazırlayacağıq. Bəzi tədbirləri təxminən nəzərdə tutmuşuq. Azərbaycan dili harda varsa, düzgün tətbiq olunmalıdır”/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA