Ermənilər Goranboya "Smerç" raketi atıb - FOTO

img

05-11-2020 [16:02]


Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan və artilleriya qurğularından ordumuzun mövqelərini və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.  

Məlumata görə, düşmən dinc əhalini və mülki infrastrukturu hədəfə alaraq Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə mərmilər və qadağan olunmuş bombalar atır. Ermənilərin Goranboy rayonunun Meşəli kəndinə atdığı "Smerç" raketi yaşayış məntəqəsinə yaxın əraziyə düşüb. Atılan raketlərdən ayrılan iki bombacıq partlamayıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı  Bəhruz Namazov APA-ya bildirib ki, ANAMA-nın təcili və təxirəsalınmaz əməliyyat axtarış qrupu əraziyə cəlb olunub və müvafiq tədbirlər görülüb. Hazırda həmin bombacıqların zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA