İranın Ali lideri 3780 məhkumu əfv etdi

img

05-11-2020 [11:32]


İranın ali lideri ayətullah Seyid Əli Xamenei 3 780 məhkumun əfv edilərək sərbəst buraxılması və ya cəzalarının yüngülləşdirilməsi barədə qanun layihəsini imzalayıb.

Məlumatı “Mehr” xəbər agentliyi yayıb.

Bildirilib ki, İranın ali lideri bu addımı Məhəmməd peyğəmbərin və İmam Cəfər Sadiqin doğumlarının ildönümü münasibəti ilə atıb.

Əfv edilənlər hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunmuş şəxslərdir.

Qeyd edək ki, İran Ali Məhkəmə Məhkəməsinin sədri ayətullah İbrahim Rəisi Məhəmməd peyğəmbərin və İmam Cəfər Sadiqin doğumunun ildönümü münasibəti ilə İranın ali liderinə yazdığı məktubda gərəkən şərtlər daxilində 3 780 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsini xahiş etmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA