Puerto Riko ABŞ-ın 51-ci əyaləti olmağa can atır

img

04-11-2020 [17:25]


Puerto Riko sakinləri növbəti dəfə adanın ABŞ-ın 51-ci ştatı olmasına səs veriblər.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Seçicilərin 52 faizinin (səslərin 95 faizinin hesablanması nəticəsində) ABŞ-a qoşulmağa səs verdikləri qeyd olunur. Bununla belə, puerto rikalıların istəyinin hüquqi qüvvəsi yoxdur, seçim ABŞ Konqresində qalır.

Qeyd edək ki, Puerto Riko 1898-ci ildən bəri ABŞ ərazisi kimi tanınır. Ölkənin sakinləri ABŞ vətəndaşıdır, lakin prezident seçkilərində səs verə bilməzlər və ABŞ Konqresində məhdud səs hüquqlarına sahib cəmi bir nümayəndəsi var./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA