Baş infeksionist: "Ən yüksək yoluxma göstəricisi 50-59 yaş aralığındadır"
04-11-2020 [14:38]
“Koronavirusa yoluxma sayının çoxalması insanlar arasında təmasların artması ilə birbaşa əlaqədardır. Artıq payız mövsümündəyik və havaların soyuması əhalinin daha çox bağlı məkanda olmasına səbəb olur və bu zaman həmin məkanlarda havalandırma daha az aparılır”.
Bunu APA-ya Baş infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, təmasların artması zamanı karantin tədbirlərinə etinasızlıq da buna səbəb olur: “Ölkəmizdə hərbi vəziyyətin elan olunması və bu vəziyyətin doğurduğu bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Hələlik yoluxma sayında mənfi dinamika izlənilir və bunun davam edəcəyini düşünürəm. Ancaq onu da qeyd etmək lazımdır ki, keçən həftə ilə müqayisədə yoluxma sürətində bir qədər azalma müşahidə edilir”.
İnfeksionist qeyd edib ki, bu gün ölkə çox böyük sınaq qarşısındadır və belə bir zamanda məsuliyyət hissi iki-üç qat artmalıdır: “Hərbçilərimizin yoluxma riskinin azaldılması üçün ilk növbədə bütün ərazilərdə qeyd olunan karantin qaydalarına kollektiv əməl etməliyik. Xüsusən döyüş bölgələrində hərbçilərlə təmasları minimuma endirməliyik. Bu gün səfərbərliyə alınmış vətəndaşlarımız orduya göndərilməzdən əvvəl mütləq qaydada yoxlanılır. Lakin hər birimiz özümüzdə narahatlıq hiss edəriksə, bunu gizlətməməli və mütləq həkimə müraciət etməliyik. Eyni zamanda döyüşçülərimiz ilə təması olan mülki şəxslərin ailə üzvlərindən kimsə xəstələnibsə, bunu da nəzərə almaq lazımdır”.
Həkimin sözlərinə görə, koronavirusun əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, quru və ya çox az miqdar bəlğəmin ifrazı ilə öskürək, yorgunluq hissi, təngnəfəslik, döş qəfəsində darlıq hissi, həmçinin boğazda ağrı, iybilmə və dadbilmənin azalması və digərləridir: “Bu əlamətlər digər respirator virus infeksiyaları zamanı da rast gəlindiyindən yalnız həkim-mütəxəssisə müraciət etməklə və lazım gələrsə, xüsusi laborator testlər aparılmaqla xəstəliyi təsdiqləmək mümkün sayılır. Burada əsas məqam ondan ibarətdir ki, insanlar bu əlamətləri adi soyuqlama kimi qəbul etməsinlər və özünümüalicə ilə məşğul olmasınlar”.
T.Eyvazov vurğulayıb ki, rəsmi statistik məlumatlara əsasən, ən yüksək yoluxma göstəricisi 50-59 yaş aralığındadır (21%): "Yoluxma sayına görə ikinci yerdə 30-39 yaş (18%) və üçüncü yerdə 60-69 yaş aralığında (16%) olan şəxslər gəlir".
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir
Dünyanı silkələyən "Epşteyn işi" - Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı
İRANA HÜCUM QƏRARI VERİLMƏYİB: "Bizimlə danışıq gedir" - Hindistan İrana arxa çevirdi, Tramp Çinə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azəriqaz”ın əməkdaşı döyülüb? - AÇIQLAMA
"Sən mənim haqqımda əxlaqsız söz deyirsənsə, deməli..." - Aparıcı Akif Nağıya elə mesajlar verdi ki...
15 min maaş alan müavin 19500 manat maaşı olan sədrindən danışmaqdan yayındı: "Heç belə bir məsələni soruşarlar?" - "Sualı Vəliyə, Turala verin"
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
Xamenei: "ABŞ-ın hücumu tammiqyaslı regional münaqişəyə çevriləcək"
Sayğacda göstərici başqa, borc başqa... - Sakinə 495 manat artıq qazpulu yüklənib + VİDEO
Ağsuda ağır yol qəzası: dörd nəfər xəsarət alıb
Qazi 63 yaşlı anasını öldürdü, gəlini bıçaqladı, daha sonra isə... - Goranboyda dəhşətli hadisə (VİDEO, FOTO) - Yenilənib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident İlham Əliyev Pezeşkiana zəng etdi: "Azərbaycan gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır"