1-ci sinif şagirdlərinin "Virtual məktəb"də qeydiyyatı ilə bağlı - Açıqlama

img

04-11-2020 [13:56]


2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür. 

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Qeydiyyat üçün https://virtual.edu.az  saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda "Qeydiyyat" bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər.

Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA