“Ərazi bütövlüyü Azərbaycanın haqqıdır” - Ruhani İranın Qarabağla bağlı planından danışdı

img

04-11-2020 [13:34]


“Ərazi bütövlüyü Azərbaycanın haqqıdır”

IRNA xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında İran prezidenti Həsən Ruhani bildirib.

Prezident vurğulayıb: “Sərhədlərin təhlükəsizliyi, terrorçuların və terror qruplaşmalarının sərhədimiz yaxınlığında, ümumiyyətlə, olmaması və coğrafi sərhədlərin dəyişməməsi bizim üçün vacibdir”.

Həsən Ruhani əlavə edib: “Əlbəttə, ərazi bütövlüyü bölgədəki millətlərin haqqı və Azərbaycan Respublikasının haqqıdır, lakin bu hüquqlara qeyri-hərbi yollarla çatmalarını istəyirik, eyni zamanda, əsas məqamlar bizim üçün vacibdir”.

Ruhani İran Xarici İşlər Nazirliyinin öz “Qarabağ Planı”nı Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya rəsmilərinə açıqladığını xatırladıb. “Ümid edirik ki, bu plan münaqişəyə son qoyacaq”/Reyting.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA