Prokurorluq: "İndiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb"

img

04-11-2020 [12:34]


Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb: "Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 500, çoxmənzilli yaşayış binalarının sayı 98, yaşayış evlərinin sayı isə 2 734-dir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA