Tramp Baydeni bu ştatlarda məğlub edib - SİYAHI

img

04-11-2020 [10:57]


ABŞ-da prezident seçkilərində ilkin nəticələrə görə Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp öndədir.

Məlumata görə, D. Tramp seçkilərdə səslərin əhəmiyyətli bir hissəsi sayıldıqdan sonra Demokratların namizədi Co Baydeni qabaqlayır.

Seçkilərdən öncə qələbəsi şübhə doğuran bəzi ştatlarda Donald Tramp Co Baydeni qabaqlayıb. 

Belə ki, Pensilvaniya (20 Seçicilər Kollegiyası), Ohayo (18 Seçicilər Kollegiyası), Şimali Karolina (15 Seçicilər Kollegiyası), Ayova (6 Seçicilər Kollegiyası) Miçiqan (16 Seçicilər Kollegiyası) və Viskonsin (10 Seçicilər Kollegiyası) ştatlarında Donald Tramp Co Baydendən irəlidədir. Son iki ştatda seçki öncəsi “exit-poll”arda Demokratlar öndə olsa da hazırkı nəticələrə görə Respublikaçılar irəlidədir.

D. Tramp Florida, Ohayo, Kentukki, Kanzas, Luiziana, İndiana, Vyominq, Qərbi Vircinya,  Cənubi Karolina, İdaho, Alabama, Mississippi, Tennesi, Oklahoma, Arkanzas, Cənubi Dakota, Şimali Dakota, Missuri, Nebraska, Ayova və Montana ştatlarında qələbə qazanıb. 

C. Bayden isə Havay, Minnesota, Kolorado, Nyu-Meksiko, Kaliforniya, Nyu-Hempşir, Oreqon, Vermont, Virciniya,  Vaşinqton, Rod-Aylend, Nyu-York, Nyu-Cersi, Massaçusets, Merland, İllinois, Delaver və Konnektikut, həmçinin Kolumbiya bölgəsində səs çoxluğu ilə qələbə qazanıb/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA