Türkiyədə ölkə boyu iş yerləri saat 22:00-dan bağlanacaq - Koronavirusa görə

img

03-11-2020 [22:01]


“Bütün Türkiyədə iş yerləri saat 22:00-dan qapanacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyədə  yeni növ koronavirus (COVID-19) infeksiyasının, ölkə boyu, xüsusilə də İstanbulda çox artdığını vurğulayan prezident deyib ki, restoran, kafe, şadlıq evləri, nikah salonları, bərbərxanalar, konsert  salonları, teatrlar, kinoteatrlar, istirahət mərkəzləri, müalicəvi termal su obyektləri və bu kimi yerlərin fəaliyyəti yerli vaxtla saat 22.00-da başa çatacaq.

R.T.Ərdoğan  COVID-19-un yayılma sürətindən asılı olaraq qarşıdakı həftələrdə məktəblərdə  əyani təhsilin dayandırılması məsələsinin də aktual olduğunu  bildirib. 

Prezident Türkiyə istehsalı olan yeni növ koronavirus peyvəndinin gələn ilin yaz aylarından tətbiq olunmasının nəzərdə tutulduğunu deyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA