Gürcüstan müxalifəti tam şəkildə parlamenti boykot etdi

img

02-11-2020 [20:17]


Gürcüstanın müxalif “Aqmaşenebeli strategiyası” birliyi və Leyboristlər Partiyası da yeni parlamentdə təmsil olunmaqdan imtina edib.

Mia.az “Report”un Gürcüstan bürosuna istinadla xəbər verir ki, hər iki siyasi təşkilat seçkilərin nəticələrini tanımadığını bildirib.

“Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı da deputat mandatlarından imtina barədə qərar verib.

“Aqmaşenebeli strategiyası” seçkilərdə 3,15% səs (4 mandat), “Leyboristlər” 1% (1 mandat), “Vətəndaşlar - Eliko Elisaşvili” hərəkatı isə 1,33% (2 mandat) əldə edib.

Beləliklə, qanunverici orqanı bütün müxalifət partiyaları boykot edib.

Xatırladaq ki, bundan əvvəl Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi parlament seçkilərində qazandığı deputat mandatlarından imtina edib.

Daha əvvəl isə “Lelo”, “Qirçi”,  “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA