Saakaşvilinin partiyası 35 deputat mandatından imtina etdi

img

02-11-2020 [18:20]


Gürcüstanın müxalif “Vahid Milli Hərəkat – Güc birlikdədir” müxalif birliyi parlament seçkilərində qazandığı deputat mandatlarından imtina edib.

Bu barədə partiyanın liderləri bildiriblər.

“Lelo” və “Qirçi” partiyaları da qanunverici orqanda təmsilçilikdən imtina etdiklərini açıqlayıblar.

Qeyd edək ki, “Vahid Milli Hərəkat – Güc birlikdədir” bloku seçkilərdə 27,14% (35 mandat), “Lelo” 3,15% (4 mandat), “Qirçi” isə 2,89% səs (4 mandat) əldə edib.

Bundan öncə “Avropalı Gürcüstan” və “Vətənpərvərlər Alyansı” partiyaları da analoji qərar qəbul ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA