"Azərbaycanlılardan birdən kimsə bunkeri açmağa qərar verdi və..." - Erməni əsir maraqlı faktlar açıqladı + VİDEO
02-11-2020 [15:45]
Oktyabrın 22-si Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülən bir qrup erməni əsgər CBC telekanalına müsahibə verib.
Mia.az CBC-ə istinadla xəbər verir ki, erməni əsirlər müsahibələrində Azərbaycan əsgərlərinin yüksək humanizminə diqqət çəkib və belə bir davranışın onlar üçün gözlənilməz olduğunu vurğulayıblar.
10 günə yaxın bunkerdə gizlənən erməni əsirlərdən biri isə əsir götürülmə anlarını danışıb:
“Biz bunkerdə idik. Ayın 22-si azərbaycanlılar gəldilər. Nəsə axtarırdılar. Aralarında birdən kimsə bunkeri açmağa qərar verdi. Bu, bina birmərtəbəli idi və aşağısında zirzəmi olacağını təsəvvür etmək çətin idi. Ancaq onlardan kimsə açmağa çalışanda, mən “qapını açma” deyə qışqırdım. O, əvvəl başa düşmədi, çünki artıq 10 gün idi ki, burada idilər və onlardan başqa heç kimsə yox idi. Mən dedim ki, qapını açma, yoxsa atəş açaram. Sonra başqa qapını açmaq istədilər. Mən yenə qışqırdım ki, heç bir qapını açmayın və bir dənə güllə atdım. Sonra qumbara atdılar, şükür ki, qəlpələrin çox hissəsi özümə dəydi, mən düşündüm artıq bu qədər, bu, sondur.
Tez telefonumu çıxarıb sındırdım, yoldaşımı tapıb zəng eləməsinlər, onunla şəklim var idi. Erməni əsir bildirib ki, qışqıraraq azərbaycanlı əsgərdən "Burada kimsə rusca başa düşür?" deyə soruşub. Onlardan biri cavab verdi ki "Bəli, başa düşürəm".
- Səndən əsl dürüst əsgər kimi bir şey istəyə bilərəm?
- Buyur.
- Bizi öldürdükdən sonra cəsədlərimizi Ermənistana göndərə bilərsən? Qoy valideynlərimiz bizi dəfn edə bilsin. Sənin də anan var, nə istədiyimi başa düşürsən.
- Qardaş, heç kim səni öldürmək istəmir, çıx. Qardaş, sən inanmırsan ki, mən səni öldürməyəcəyəm?
- Yox əlbəttə, bir az əvvəl qumbara atmışdınız.
Əsir bildirib ki, həmin an azərbaycanlı əsgər onda yaxınlaşmağa başlayıb: "Dedi ki, bax daha da yaxın gəlirəm. Bronjiletsiz gəldi, silahı yerə qoydu. Dedi ki, bax sənin qarşındayam, istəyirsən öldür məni, mən sənə güvənirəm. Mən silahı ona tuşlamışdım və yerim çox rahat idi. "Öldürmürsənsə, mənə güvən, ayağa qalx danışaq" dedi.
Belə bir şeyi ancaq yüksək cəsarət və hünərə sahib biri edə bilər. Daha sonra o məndən siqaret çəkdiyimi soruşdu və bizə iki siqaret verdi, biri mənə, biri də dostuma”.
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir
Dünyanı silkələyən "Epşteyn işi" - Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı