Moldovada olan Azərbaycan nümayəndə heyəti azərbaycanlı iş adamları, diaspor fəalları və gənclərlə görüşüb - FOTOLAR
02-11-2020 [10:17]
Cari ilin 1 noyabr tarixində prezident seçkilərini müşahidə etmək məqsədilə Moldovada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun rəhbəri Adil Əliyev nümayəndə heyəti ilə birlikdə Kişineu şəhərində azərbaycanlı iş adamları, diaspor fəalları və gənclər ilə görüş keçirib.
Mia.az xəbər verir ki, görüşdə Moldova Demokrat Partiyası fraksiyasının rəhbəri deputat Dumitru Diakov da iştirak edib.
Görüşdə Adil Əliyev Azərbaycan həqiqətlərindən söhbət açaraq Ermənistanın təcəvüzkar siyasəti, onların dinc əhaliyə qarşı raket hücumu nəticəsində günahsız insanlara və şəhərlərimizə dəyən zərərdən danışıb, Azərbaycan ordusunun səriştəli əks-hücumu nəticəsində düşmənə layiqli cavab verildiyini dilə gətirib və hərbi sahədə ordumuzun uğurları ilə yanaşı, diplomatiya sahəsində Ali Baş Komandanın münaqişə ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdiyini, xarici jurnalistlərin suallarını yüksək bacarıqla cavablandırdığını və bu çətin günlərdə müraciətlərlə çıxış edərək xalqının daim yanında olduğunu vurğulayıb.
Eyni zamanda, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə baş çəkərək onları mütəmadi diqqətdə saxlaması və döyüşdə yaralanan əsgərlərimizə baş çəkərək onların vəziyyəti ilə maraqlanmasının hər bir insan üçün örnək olduğunu dilə gətirib. Nitqinin sonunda A.Əliyev Moldovada yaşayan azərbaycanlılara bu günlərdə həmişəkindən daha çox birliyə, vətənpərvərliyə ehtiyac olduğunu bildirib və toplaşdıqları üçün görüş iştirakçılarına təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Moldovalı deputat D.Diakov çıxış edərək hazırkı münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsi çərçivəsində həllini dəstəklədiyini bildirib, Azərbaycan prezidentinin apardığı uğurlu siyasətin Azərbaycana qələbə bəxş etdiyini qeyd edib, bundan əlavə Moldovada yaşayan azərbaycanlılardan ibarət diasporun fəallaşmasının müşahidə edildiyini diqqətə çatdırıb.
Görüşdə çıxış edən səfir Qüdsi Osmanov Moldovada yaşayan azərbaycanlıların fəaliyyətinin gücləndiyini və ölkəmizlə bağlı baş verən hadisələrdə birlik nümayiş etdirərək, Səfirlik tərəfindən təşkil edilən tədbirlərdə fəal iştirak etdiklərini bildirib, yaxın gələcəkdə Moldovanın ictimai-siyasi həyatında azərbaycanlıların təmsil edilməsi istiqamətində səylərin gücləndirildiyini qeyd edib, Səfirlik olaraq istedadlı gənclərin hər zaman arxasında olduğunu dilə gətirib.
Daha sonra, Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan nüfuzlu iş adamı Firuz İsayev çıxışında A.Əliyev başda olmaqla nümayəndə heyətinin üzvlərinə görüşə görə təşəkkür edib, nəinki gənclərin, eləcə də bütün azərbaycanlıların prezidentimizin ətrafında sıx birləşdiyini qeyd edib, Ali Baş Komandanın müharibədə əldə olunan uğurlar nəticəsində Azərbaycan xalqının qürurunu qaytardığını dilə gətirib.
Sonda Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov çıxış edərək deputatlarımızdan ibarət nümayəndə heyətinə təşəkkürünü bildirib, MAK-da aparılan islahatlar nəticəsində azərbaycanlı diasporun gəncləşdirildiyi və fəallaşdırıldığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Mia.az
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir
Dünyanı silkələyən "Epşteyn işi" - Məşhur şəxslərdən əxlaqsız milyarderə cinsi istismar üçün körpə qız və oğlan təklif edib
Dərslər başlayıb
"İcazə verməyəcəyik" - Vəliəhd Məsud Pezeşkiana söz verdi
RƏSMİ TEHRAN ABŞ-a ƏL UZATDI: "Trampla eyni fikirdəyik, o, düz deyir" - "Bizi ABŞ-la müharibəyə cəlb etməyə çalışırlar"
Tramp: "Kuba yenidən azad olacaq"
İraq parlamenti prezidenti yenə seçə bilmədi - Təxirə salındı