Ermənistanın xüsusi təyinatlı hərbi hissəsi darmadağın edilib

img

01-11-2020 [17:58]


Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, bu xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA