Gürcüstanda parlament seçkilərinin ikinci raundunun vaxtı açıqlanıb

img

01-11-2020 [13:41]


Gürcüstanda parlament seçkilərinin ikinci raundu noyabrın 21-də keçiriləcək.

Məlumata görə, Seçki Məcəlləsinə əsasən Gürcüstanda parlament seçkilərinin ikinci mərhələsi noyabrın üçüncü şənbə günündə keçirilməlidir. Qanunvericiliyə əsasən ilk raundda eyni dairədən ən yüksək nəticə əldə edən iki namizəd arasında seçkilərin ikinci raundu keçirilməlidir.

Gürcüstan MSK-nın ilkin hesablamalarına əsasən artıq Tbilisi də daxil olmaqla bir neçə seçki dairəsində parlament seçkilərinin ikinci mərhələsi keçiriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA