Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı: hansı partiyalar daha çox səs toplayıb?

img

01-11-2020 [09:01]


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

“Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Qeyd edək ki, bu vaxta qədər 3 847 seçki məntəqəsinin 2 252-si üzrə səslərin hesablanması başa çatdırılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA