Gürcüstanda parlament seçkiləri: bir neçə təşkilat “exit-poll” keçirib - Hansı partiyalar öndədir?

img

31-10-2020 [20:21]


Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat “exit-poll” keçirib.

Mia.az Report-a istinadla xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkəti “exit-poll”un nəticələrini açıqlayıb.

Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55%, Vahid Milli Hərəkat Partiyası isə 23% səs əldə edib. Üçüncü yerdə isə 3% səslə Avropalı Gürcüstan Partiyasıdır.

Qeyd edək ki, seçicilər arasında sorğu “İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA