"Bakcell" Bərdədə yaşayan abunəçilərinin balansını artırdı: pulsuz 100 dəqiqə və 100 SMS yüklənib

img

30-10-2020 [15:49]


Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti Ermənistanın raket atəşi nəticəsində zərər çəkmiş Bərdə şəhərinin sakinlərinə dəstək məqsədilə orada yaşayan abunəçilərinin balansını artırdı

Şirkətdən Mia.az-a verilən məlumata görə, Bərdədəki bütün “Bakcell” abunəçilərinin balansına şirkət tərəfindən ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 100 dəqiqə və 100 SMS yüklənib.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.

“Bakcell” şirkəti erməni terroru nəticəsində Bərdədə və digər şəhər və rayonlarımızda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, yaralı soydaşlarımıza isə şəfa diləyir. Qarabağ Azərbaycandır!


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:40 02.02.2026

Dərslər başlayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA