Avropa İttifaqında koronavirusa ən çox yoluxan ölkələr hansılardır? - SİYAHI

img

27-10-2020 [21:21]


Avropa İttifaqında (Aİ) koronavirusa yoluxmanın ən yüksək faizi Belçikadadır.

“Report” xəbər verir ki, Avropa Xəstəlikləri Önləmə və Nəzarət Mərkəzinin (ECDC) məlumatına görə, bu ölkədə son iki həftədə hər 100 min nəfərdən 1 390-da yoluxma qeydə alınıb.

Sonrakı yerləri Çex Respublikası (1 380), Lüksemburq (760), Sloveniya (732), Niderland (694) tutur.

Eyni zamanda koronavirus nəticəsində ən yüksək ölüm faizinə malik Çex Respublikasında hər 100 min nəfərə 12,3 faiz ölən düşür. İkinci yerdə qərarlaşan Belçikada bu göstərici 5,8 faizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR