Putin Trampın "Rusiya Baydenə qələbə üçün pul verib" iddiasına belə cavab verdi: "Şərh yoxdur"

img

25-10-2020 [15:05]


Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampın Rusiyanın ABŞ prezidentliyinə namizəd Co Baydenə guya pul verməsi ilə bağlı açıqlamasına münasibət bildirməkdən imtina edib.

Mia.az xəbər verir ki, bu barədə o, "Rossiya-1" kanalının əməkdaşının sualına belə cavab verib: "Şərh yoxdur".

Xatırladaq ki, Tramp prezidentlik yarışındakı rəqibi Co Baydeni Putin vasitəsi ilə Rusiyadan pul almaqda ittiham edib.

O, Baydenin keçmiş Moskva meri Yuri Lujkovla çox yaxşı münasibətdə olduğunu bildirərək, ondan seçki üçün 3,5 milyon dollar aldığını iddia edib: "Mən isə Rusiyadan heç vaxt pul almamışam".

Bayden də Trampı Rusiyanın maraqlarına cavab verməkdə ittiham edib və "Rusiyanın seçkilərdə qələbəsini istəmirəm" deyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR