Hüseyn Cavidin sirli rəqəmi: 59 yaşında dünyasını dəyişən "59 saylı ev"in sakini... - FOTOLAR
24-10-2020 [23:51]
Nurlanə Əliyeva,
Azərbaycanın Jurnalistlər Birliyinin üzvü
***
Azərbaycan ədəbiyyatında milli romantik şeirin və mənzum faciənin banisi, romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin doğum günüdür.
Onun anadan olmasından 138 il keçir.
Məkanı cənnət, ruhu şad olsun!
59 rəqəmi Cavid Əfəndinin həyatında mühüm rol oynayıb.
O, 59 yaşında rəhmətə gedib, məzarın nömrəsi, papağının ölçüsü də 59 olub, nəşi Azərbaycan gələndə Turan xanımın 59 yaşı, 4 iyun gecəsinin üzərindən 59 il ötəndən sonra Naxçıvanda türbəsi ucalıb...
Cavidlər ailəsi üçün oktyabr əziz ay idi. Çünki ailə başçısı, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan şair-dramaturq Hüseyn Cavid 1882-ci ilin 24 oktyabrında, övladları – oğlu Ərtoğrul 1919-cu ilin 22 oktyabrında, qızı
Turan isə 1923-cü ilin 2 oktyabrında dünyaya göz açmışdı.
Mühüm günləri, bayramları ailəlikcə bu evdə az qeyd etməyiblər. Ta 1937-ci ilin 4 iyun gecəsinə qədər...
Hüseyn Cavidi evindən, isti ocağından, əsərlərini yazdığı yazı masasından ayıran o dəhşətli gecəyəcən...
Xatirələrdən:
...O gün Cavid çox sevincli, fərəhli idi. Kinostudiyada “Koroğlu” ssenarisinin müqaviləsinə imza atmışdı. Ayın 5-də 5 min, qalanını isə film çəkilib qurtardıqdan sonra alacaqdı. İlk arzusu o pula həyat yoldaşı Mişkinaz xanıma qulağa yapışan brilyant sırğa almaq idi.
Bəlkə başqa arzuları, alınası hələ nə qədər əskikləri vardı.
Kim bilir? Bəlkə də bunları soyuq Sibirdə dəfələrlə düşünüb xəyal edəcəkdi...
Kim bilir?!...
Mişkinaz xanımsa o gün heç rahatlıq tapmırdı. Nisgili saatbasaat daha da böyüyürdü. Onu narahat edən nə idi?
Xatirələrində yazır: “Qara günün yelimi dəymişdi, ya nə idisə, çox narahat idim. Adama bir bədbəxtlik üz verəndə elə bil əvvəlcədən duyur. Cavid axşam saat 8-də yuxudan durdu, işləməyə başladı, uşaqlar yatmışdı. Mən saat 11-də keçdim yataq otağına. Bir qədər sonra qapını açıb qəhvə istədiyini dedi. Yatağa girdiyimi görüb: “Özüm bişirərəm, sən yat” dedi”.
O qəhvəni bişirə bilmədi Cavid. Mişkinaz xanım ömrünün sonuna kimi bunun nisgilini çəkdi və o gündən sonra bir daha qəhvə içmədi.
Cavid o gecə son dəfə evdən çıxdı...
O gecədən sonra Mişkinaz xanım bir daha qəhvə içməyəcəkdi.
Daha həyat əvvəlki kimi olmayacaqdı.
Heç kim üçün...
* * *
Böyük dramaturq Hüseyn Cavidin keçdiyi ömür yolunu bir daha vərəqləyirik.

O, 1882-ci ildə oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini isə M.T.Sidqinin "Məktəbi-Tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin Ədəbiyyat şöbəsini bitirmiş, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur.
Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır.
Hüseyn Cavid bu dövrdə tədriclə "haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdır. Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş və işğalçı müharibələrə lənət yağdırılmışdır:
İblis nədir cümlə xəyanətlərə bais
Ya hər kəsə bais olan İnsan nədir?
Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan milli romantik şeirin və mənzum faciənin banisi, filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Hüseyn Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.
Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin əsl qiymətini sözün-sənətin böyük bilicisi və hamisi Azərbaycan xalqının Böyük Oğlu, Ümummilli Lider Heydər Əliyev vermiş, onun istər cismən, istərsə də mənən vətəninə və xalqına qaytarılmasında müstəsna rol oynamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından, müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir.
Ulu Öndər Heydər Əliyev deyirdi: "Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi".
Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü...

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşadığımız illərdə, həqiqətən də, böyük maraq doğurmuşdu. Milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci Katibi vəzifəsində çalışarkən, 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmiş, bu qərardan sonra - 1982-ci il oktyabrın 3-də Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının Uzaq Sibirdən tapılıb gətirilməsinə xeyir-dua vermişdir.
1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı tarixi bir qərar qəbul etmiş və bu qərarın icrası rusiyalı həmkarlarının köməyindən istifadə edib, şairin məşəqqətli ömür yolunu tədqiq edərək, Cavid haqqında Uzaq Sibirdə saxlanılan sənədlərin əldə olunmasına nail olan Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərova həvalə olunmuşdu.
Cavidin cənazəsinin qalıqları onilliklərdən sonra uzaq və Buzlu Sibirin əlçatmaz yerlərindən doğma yurdu Naxçıvana gətirildi.
Ümummilli Lider Heydər Əliyevin "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" imzaladığı Sərəncamdan bir gün sonra 2002-ci il 24 oktyabrda, yəni Hüseyn Cavidin 120 illik yubileyi günündə şairin Ev Muzeyi açıldı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Azərbaycan Prezidentinin Sərəncamına əsasən, böyük sənətkarın əsərləri latın qrafikasında çap olunub. Hüseyn Cavidin 130 və 135 illik yubileylərinin keçirilməsi haqqında dövlət başçısı sərəncamlar imzalamışdır.
Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır. Böyük dramaturq Hüseyn Cavid "Şeyx Sənan" faciəsində yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarışında olaraq, onun hisslərinin aliliyini yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat etmişdir. Hüseyn Cavid də, məhz belə ali dəyərlərin axtarışında olaraq, əbədiliyini qazanmışdır.
Son söz yerinə:
![]()
59 rəqəmi Cavid Əfəndinin həyatında mühüm rol oynayıb.
O, 59 yaşında rəhmətə gedib, məzarın nömrəsi, papağının ölçüsü də 59 olub, nəşi Azərbaycan gələndə Turan xanımın 59 yaşı, 4 iyun gecəsinin üzərindən 59 il ötəndən sonra Naxçıvanda türbəsi ucalıb.
O bu türbədə onillərlə həsrətini çəkdiyi Mişkinaza, Ərtoğrula, Turana qovuşdu...
MİA.AZ
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb