Bakıda yeniyetmələrə qarşı zor tətbiq edərək soyğunçuluq  edən şəxs saxlanıldı

img

23-10-2020 [15:42]


Yeniyetmələrə qarşı zor tətbiq edərək soyğunçuluq  edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə oktyabrın 19-da Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini olan yeniyetməyə zor tətbiq edərək mobil telefonunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Ə.Əsədov müəyyən edilərək saxlanılıb. Onun ətrafında aparılan tədbirlərlə  oktyabrın 20-də həmin ərazidə digər bir yeniyetməyə də zor tətbiq edərək  mobil telefonunu alması müəyyən edilib.

Rayon Polis İdarəsi tərəfindən araşdırma davam etdirilir

Digər xəbərlər
SON XƏBƏRLƏR