Tramp COVID-19 peyvəndinin yaxın həftələrdə hazır olacağını bildirdi

img

23-10-2020 [10:18]


ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların koronavirus əleyhinə peyvəndi bir neçə həftə ərzində hazır olacaq.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Peyvənd gəlir, o hazırdır, onu həftələr ərzində elan edəcəklər", - Tramp prezidentliyə namizəd Co Baydenlə debatda deyib.

"Bu zəmanət verilməmişdir (peyvənddir-red)", - dəqiqləşdirici suala cavab olaraq Tramp etiraf edib. Ancaq onun sözlərinə görə, peyvəndin ilin sonundan tez hazır olacağı şansı var.

ABŞ prezidenti vaksinlərin istehsalçıları arasında J&J, “Moderna” və “Pfizer” şirkətlərinin məhsullarının bəyənilmiş ola biləcəyini qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA