FTX Moskvada terror aktının qarşısını alıb

img

22-10-2020 [18:03]


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda terror aktının qarşısını alıb.

Bu barədə FTX-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt regionunda terror aktının qarşısı alınıb.

Mərkəzi Asiya regionundan olan 1999-cu il təvəllüdlü şəxs saxlanılıb. İstintaqın məlumatına görə, beynəlxalq terrorçu təşkilatın döyüşçülərinin əmri ilə həmin şəxs hakimiyyət orqanlarından birinin binasında əldəqayırma bombanı partlatmağı və daha sonra Yaxın Şərqə terrorçuların tərəfində döyüşməyə getməyi planlaşdırıb. Sübut kimi həmin şəxsdən əldəqayırma bombanın hissələri, eləcə də onun terrorçularla yazışması, partlayıcını hazırlamaq üçün təlimat və terrorçuların başçılarının andiçmə videosu götürülüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq