"Sərhədin qarşı tərəfində Ermənistanda yerləşdirilən rusiyalı sərhədçilər duracaq" - Rusiyalı politoloq 

img

22-10-2020 [16:43]


“Azərbaycan Ordusunun uğurlarını fövqəladə hesab edirəm. Azərbaycan Ordusu Vətən torpaqlarını xarici işğalçılardan get-gedə təmizləyərək Qarabağ düyününü də açmağa doğru gedir”.

Bu fikirləri rusiyalı jurnalist və politoloq Maksim Şevçenko dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin olmaması barədə Ermənistan baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirən politoloq deyib:

“Paşinyan öz iddiaları naminə, hakimiyyət hərisliyi, habelə arxasında duran oliqarxların yanında üzüqara olmamaq naminə erməni gənclərini müharibənin od-alovuna ataraq mənasız ölümə göndərməyə hazırdır. Məncə, bu müharibəni davam etmək erməni xalqına qarşı cinayətdir”.

Rusiyalı politoloq Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etmək gücündə olduğunu dilə gətirib: “Fikrimcə, Azərbaycan Ordusu ölkəsinin suverenliyini tam şəkildə bərpa etməklə dövlət sərhədinə çıxıb onu bütövlükdə nəzarətə götürəcək. Sərhədin qarşı tərəfində isə Ermənistanda yerləşdirilən rusiyalı sərhədçilər duracaq. Bundan sonra da, çox güman ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına başlamaq, sülh sazişi imzalamaq, Azərbaycanın sərhədlərini təsdiqləməklə iki xalq arasında əməkdaşlığın təməlini qoymaq lazım gələcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq