İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə səfər edib

img

22-10-2020 [12:09]


İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.

Məlumata görə, İsrail səfiri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkib.

Səfir vəziyyətlə yerində tanış olub.Sentyabrın 27-də mülki əhaliyə qarşı hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, infrastrukturu, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən intensiv atəşə tutaraq mülki obyektlərə ciddi ziyan vurduğu səfirin diqqətinə çatdırılıb.

Qeyd edilib ki, oktyabrın 11-də də düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – SCUD raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

O da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 14 nəfər həlak olub, 50-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR