Təkadamlıq kameradan "Müşfiq gəlsin, ondan heç vaxt imtina etmərəm" deyən Mikayıl Müşfiqin yadigarı Dilbər Axundzadənin həyatı... + FOTOLAR
21-10-2020 [15:40]
Bu gün "Gözəl Gəncənin gözəl Dilbəri", Mikayıl Müşfiqin həyat yoldaşı, şairə Dilbər Axundzadənin anım günüdür.
"Ey gözəl Gəncənin gözəl Dilbəri..."
İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır.
Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Avundzadə təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar
1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.
Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan "Müşfiqli günlərim" kitabını yazmışdır.
Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat etmişdir.
“Müşfiqli günlərim" - "Ömrünün Bahar Fəsli"
Dilbər Axundzadə Müşfiqlə keçirdiyi xoş, həyatının ən gözəl illərini “Müşfiqli günlərim” adlı kitabında yad etmişdir. Xatirə kitabında Dilbər xanımın dilindən Müşfiqi təkcə şair kimi deyil, həyat yoldaşı, övlad, qardaş, dost kimi tanımaq imkanı əldə edirik.
Dilbər Axundzadə yazırdı: “Müşfiq elə bir nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün uzun illər lazım idi.Həmçinin Dilbər xanımı
Müşfiqlə keçirdiyi qısa həyatını ömrünün bahar fəsli kimi xatırlayırdı.
Dilbər Axundzadə Mikayıl Müşfiqlə Pedaqoji universitetin buraxılış gecəsində tanış olmuşdu. Dilbər xanımın əmisi arvadı Fəramuş Müşfiqlə tələbə yoldaşı idi. Bu təsadüfi tanışlıq Dilbər xanımın həyatında mühüm bir hadisəyə çevrilir, sadəcə şair kimi adını eşitdiyi Müşfiqi ilk dəfə yaxından tanıyır. Onun Müşfiqə aşiq olmasında Müşfiqin şair ruhunun, şeirlərinin də rolu danılmaz idi. Dilbər xanımın özü də şeir, sənət vurğunu idi.
O, Müşfiqdən görüşə gələndə hər dəfə yeni şeirlər gətirməsini də xahiş etmişdi. Dilbər xanım qeyd edirdi ki, Müşfiq aşiqanə şeirləri əsas yaradıcılığı hesab etmir, o həmişə günün tələbinə cavab verən mövzulardan yazmağı üstün tuturdu. Söhbətarası Dilbər xanıma: “Dilbər, başımı yamanca qatmısan, müasir mövzulardan lap az yazıram. Qorxuram deyələr, Müşfiq məhəbbət şairi olub gedib”, -dediyi məlumdur.Dilbər xanımın xatirələrində Müşfiqin Səməd Vurğun, Mehdi Hüseyn, Hüseyn Cavid, Əhməd Cavad, Mir Cəlal, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rüstəm, Cəfər Cabbarlı kimi şəxsiyyətlərlə dostluq münasibəti olduğunu görürük. Səməd Vurğunun Dilbər xanıma “Dilbər bacı, qorxum yalnız Müşfiqdəndir, məni ötsə-ötsə Müşfiq ötəcək” deməsi də onun güclü şairlik qabiliyyətindən xəbər verirdi.
Müşfiqin Dilbər xanıma həsr etdiyi “Dilbərnamə” adlı şeirlər toplusu vardır:

Ey gözəl Gəncənin gözəl Dilbəri,
Nədir səndəki o mehriban əda?
O gündən bəridir nərdə bulunsam,
Gözümdə sən varsan, könlümdə sevda.
1933-cü ilin 20 iyununda onların kəbini kəsilir.
Dilbər xanım yazır ki, birgə həyatımızın ilk günlərindən başa düşüdm ki, əsl şair həyatı, şair zəhməti nə deməkdir, onu gecə-gündüz üzərində işlədiyini, yazdıqlarını dönə-dönə gördükdə anladım ki, əsl şeir çağlar istedad sahibi olan şairdən də belə böyük və gərgin zəhmət tələb edir. Müşfiq hədsiz şəkildə səmimi, gözü, könlü tox, ilk görüşdən adamın qəlbinə yol açmağı bacaran, özünü sevdirmək istedadına malik şəxsiyyət idi.
Müşfiq deyirdi: “Dilbər, kasıb oğlan oğlan idim, sənin şeir vurğunu olduğunu görüb aldadıb aldım səni”. Dilbər gülümsünüb: “Var-dövlət müvəqqəti olduğu halda sənin adın, sənətin əbədidir. Mən səninlə fəxr edirəm”, -deyir. Müşfiq özü də qeyd edirdi ki, yazıçının həyat yoldaşının onun yaradıcılığında böyük rolu var. Onu başa düşsə, şərait yaratsa, onun ilhamı daha da artar. Həyat yoldaşı onun ilk oxucusu olmalıdır. Əgər həyat yoldaşı onu başa düşüb dərk etməsə ilhamını söndürə bilər.. Dilbər Axundazadənin 1935-ci ildə Tibb instituna daxil olmasında Müşfiqin dəstəyi, rolu böyük idi.
Cəmi 10 illik yaradıcılıq dövrü ərzində Müşfiq Azərbaycan ədəbiyyatının, poeziyasının ən parlaq nümayəndələrindən biri oldu. Coşğun ilhamlı nəğmələri, gözəl şeir və poemaları ilə geniş xalq kütlələrinin dərin məhəbbətini qazandı. Müşfiq 1939-cu ilin mart ayının 12-də vəfat etmişdir.
Müşfiqli günlərim belə qurtardı...
Yadımdan çıxmayır nitqi-nidası,
Müşfiq davranışı, Müşfiq ədası.
Ürəyində coşan şeir dalğası,
Həyatın tufanlı dəryasındadır.
"O Dilbərdi, ona yaxşı bax"
Xalq şairi Nəriman Həsənzadə:
Həkim, o Dilbərdi, ona yaxşı bax,
Müşfiqdən yadigar qalandı, həkim.
Könlünü alan yox, "Dilbərim! - deyən.
Qalan xəstəliyi yalandı, həkim.
Müşfiq həsrətiydi bir gülüşünə,
İndi gələn yoxdu heç görüşünə.
Nə özünə baxır, nə yerişinə,
Evi yox, dünyası talandı, həkim...
Qızı Leyla xanımın xatirələri:
Dilbər Axundzadəni Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs ediblər. Əvvəl qadınlar saxlanılan ümumi kamerada saxlanılıb.
Dilbər xanım komsomolçu idi, aktividi, güclü idi, hamını sakitləşdirirmiş ki, narahat olmayın, görəcəksiniz, həqiqət öz yerini tapacaq, biz günahkar deyilik, biz müraciət edəcəyik, yazacağıq, hər şey yaxşı olacaq.
Amma istintaqın gedişində ona qarşı aqressiv münasibət göstəriblər, məcbur edirmişlər ki, Müşfiqin günahkar olduğunu söyləsin. Kamerada olan xanımlar sonralar öz xatirələrində yazırdılar ki, bir gün gördük, Dilbər gəldi, öz halında deyildi, onu qadınlarla bir yerdə saxlamaq mümkün olmadı, təkadamlıq kameraya saldılar.
Kameradan qışqırırdı ki, deyirlər, mən dəli olmuşam, amma elə deyil, mən Müşfiqi istəyirəm, Müşfiq gəlsin, ondan heç vaxt imtina etmərəm.
Təkadamlıq kamerada vəziyyəti daha da ağırlaşır və orada da saxlamaq mümkün olmur, onda onu həbsxananın xəstəxanasına yatırırlar. 2 ilə yaxın orada müalicə alır. Oradan buraxmaq üçün akt lazım idi ki, xəstəliyi qorxulu deyil, buraxmaq olar. Elə akt tərtib olunuri, 1939-cu ildə Dilbər xanımı həbsxana xəstəxanasından çıxarırlar. Tibb Universitetində oxumuşdu deyə onu bəzi həkimlər tanıyırdı...
Leyla xanım ailələrində anasının Mikayıl Müşfiqə olan sevgisinə və evlərində atasının yox, M.Müşfiqin fotoları bəzədiyini də qeyd etdi...
- Dilbər xanım atamla 4 il bir yerdə yaşayıb, birgə həyatları az sürüb. Mənim atam isə mən 1 yaşımda olanda dünyasını dəyişib. Əlbəttə, atamı bir insan kimi istəyirəm, amma ata məhəbbətini mən də görə bilməmişəm.
Dilbər xanımla bir yerdə yaşamışam, evimizdə elə mühit olub ki, ancaq Müşfiqdən danışılıb.
Dilbər xanım Müşfiqə olan sevgisi ilə yaşayırdı. Anamla bir otaqda yatırdıq, səhər tez oyananda deyirdi, nə yaxşı oyandın, bir şeir yazmışam, gözləyirdim oyanasan, gəl sənə oxuyum.
Müşfiqlə bağlı tədbirlər olsun, onunla bağlı söhbətlər olsun... Əlbəttə, o mühitdə böyüyən insanın Müşfiq sevgisi yaranmalı idi...
“Müşfiqli günlərim” adlı xatirə kitabı nəşr olunandan sonra nə qədər şeirlər yazdı, hətta şeirlərinə musiqi də bəstələndi. Tofiq Bakıxanov, Nəriman Məmmədov Dilbər xanımın sözlərinə musiqi yazdı.
Son söz yerinə:

O yalnız Mikayıl Müşfiqin xatirələri ilə yaşayırdı...
Və elə bu xatirələrlə yaşaya-yaşaya da dünyasını dəyişdi...
Çəkdiklərini isə bir özü bildi, bir də böyük Allahı...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib
“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... - Anormal qiymət siyasəti + FOTOLAR
Mərkəzi Bank "Fizza Pay" MMC-yə məcburi göstəriş verib
Sabah qar yağacaq
Delsi Rodrigez Maduronu milli qəhrəman elan etdi: "ABŞ-da girov saxlanılan iki qəhrəmanımız..."
"Öz işlərim də kifayət qədərdir” - Masallıdan olan polis polkovniki diaspor sədri seçilib
Bakıda güclü külək nəticəsində 6 ağac aşıb