Putinlə Makron Qarabağdakı vəziyyətlə bağlı müzakirə aparıb

img

20-10-2020 [20:18]


Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. 

Məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq və Dağlıq Qarabağ probleminin siyasi diplomatik yolla nizamlanması məqsədi ilə tezliklə danışıqların bərpa edilməsi ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Telefon danışığında oktyabrın 10-u və 17-də atəşkəslə bağlı əldə olunan razılığa riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırlıq qeyd olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA