Qasım Süleymaninin öldürülməsindən sonra İran İnqilab Keçikçiləri Ordusunun "Qüds" qüvvələrinin komandanı təyin olunan general İsmayıl Qaani ABŞ-ı növbəti dəfə hədələyib.

Mia.az Türkiyənin Haberler.com saytına istinadla bildirir ki, o, ABŞ-a qarşı raket zərbələrini davam etdirəcəklərini bəyan edib: "İranın inqilab keçikçiləri Süleymaninin izi ilə gedəcək. Bütün dünya bilsin:  İranın raket zərbələri, gec-tez, ABŞ-ı bölgədən uzaqlaşdıracaq. Bütün Yaxın Şərqdə amerikalıların cəsədlərini görəcəksiniz, səbrli olun".