İsrail ordusu Livanın cənubunda hava və quru hücumlarını genişləndiirb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın NNA rəsmi  xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail döyüş təyyarələri Livandakı Nəbatiyyə şəhərindəki Kafra və Sarbin şəhərləri arasındakı bir evi bombalayıb: “”Hizbullah”la əlaqəli İslam Səhiyyə Təşkilatının mərkəzinə yaxın olan evin hədəfə alınması nəticəsində təcili yardım maşını yanıb. Ölən və yaralananlar var".

Bundan əlavə, İsrail ordusu gecə ərzində Bint Cbeil, Hanin və Qunin şəhərlərinə də havadan və qurudan atəşə tutub: “Burada da ölən və yaralananlar var”.

Tahir
Mia.az