İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrail tərəfindən Tehranda Pasteur İnstitutunu bombalaması ilə bağlı beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, çağırışında deyib:
“Ümumdünya Səhiyyə Təşkilatı, Qırmızı Xaç Təşkilatı, Sərhədsiz Həkimlər Təşkilatı və dünyanın bütün həkimlərini bu tibbi müəssisəyə qarşı cinayətə qarşı səslərini ucaltmaya çağırıram. Hər kəsdən soruşuram: xəstəxanalara, əczaçılıq şirkətlərinə və tibbi tədqiqat mərkəzi olan Pasteur İnstitutuna edilən hücum hansı mesajı verir?”.
Tahir Şəlvəli
MİA.AZ