Sumqayıtda Nizami Gəncəvinin heykəlinin dağıdılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.
Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev "Qafqazinfo”ya bildirib ki, heykəl dağıdılmayıb, sadəcə yeri dəyişdirilir:
"Hazırda şəhərdə Nizami kinoteatrı tikilir. Kinoteatr şəhərin 70 illiyi ilə bağlı sakinlərin ixtiyarına veriləcək. Heykəl də bu məqsədlə götürülüb. Teatrın qarşısına qoyulacaq”.