"Bakcell, Allah evini yıxsın, internet ver".

Mia.az xəbər verir ki, bunu Qaynarinfo.az saytının əməkdaşı Pərvin Kazımoğlu sosial şəbəkədə Bakcell-in rəsmi səhifəsini tağ etməklə, yazıb.

Maraqlıdır ki, Bakcel mətbuatdakı xəbərlərdən fərqli olaraq, bu stutusa operativ reaksiya verib. Belə ki, "ÖZÜNÜZƏ UYĞUN SÜR@ SEÇİN!" linkini statusun şərh bölümündə paylaşaraq, jurnalistə xidmət təklif edib.

Ancaq jurnalistin buna cavabı daha maraqlı və sərrast olub: "Bakcell mənim internet paketim, sənin internetin yoxdu".

Bundan sonra isə şirkətdən səs çıxmayıb.

Mia.az