Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərlini təltif edib.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

M.Ələsgərli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmağım münasibətilə Prezidentə dərin təşəkkürünü bildirib: "Müstəqilliyimiz əbədi, Dövlətimiz qüdrətli, Millətimiz var olsun! Tanrı Prezidentimizi qorusun!"