Türkiyədə müxtəlif sosial media platformalarında özlərini bloger kimi təqdim edən 11 nəfər saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar kiberdələduzluqda ittiham olunurlar.

Məlumata görə, Kiber Cinayətlərlə Mübarizə Şöbəsi əməkdaşları tərəfindən saxlanılan Tolunay Ören, Eray Can Özkenar, Ferhat Can Dama, Kamal Can Parlak, Ömer Faruk Karataş, Mert Kancefer, Furkan Burak Bayrak, Duru Batır, Necati Akçay, Ferit Karakaya və İsa Aktaşın ifadələri alınıb: "Onlar prokurorluqda ifadələrinin alındığı İstanbul Ədliyyəsinə göndərilib. Məhkəmə araşdırması zamanı yüksək izləyicisi olan bu şəxslərin “Twitch”, “YouTube”, “Instagram” və “TikTok” yayımlarında “Key Drop” adlı sayt üzəriindən qanunsuz oyunlar təşkil etməklə qanunsuz qazanc əldə ediblər: "Beləliklə, qumar oyunlarında ittiham olunan bolgerlər haqqında həbs tədbiri seçilib. Araşdırma davam edir"

Xəbərdə o da deyilir ki, 8 bloger isə axtarışa verilib.

Lamiyə Əhmədli
MİA.AZ