"Hazırda səhhətim normaldır, evdəyəm".
Mia.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Xalq şairi Musa Yaqub deyib.
O bildirib ki, müalicəsi ev şəraitində davam etdirilir: "Mən İsmayıllı rayonunun Buynuz kəndindəki evimdəyəm. Müalicələrim davam edir. Evdə müalicə alıram".
Qeyd edək ki, M.Yaqub uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir.