Bu gün bir sıra ölkələrdə "Facebook”, "İnstagram” və "WhatsApp" sosial şəbəkələrinin fəaliyyətində problem yaranıb.

Mia.az xəbər verir ki, problem Azərbaycan, Türkiyə ilə yanaşı, ABŞ və bəzi Avropa ölkələrində də yaşanır.

Belə ki, bu sosial şəbəkələrdə paylaşılan fotolar, göndərilən səs yazışmaları açılmır. 

Hələlik problemin səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.