"Hindistan Prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım".
Axşam.az-ın məlumatına görə, bu sözləri "Hər şey daxil” verilişində Xalq artisti Elmira Rəhimova deyib.
O, daha sonra fikirlərinə belə davam edib:
"Elə bilirdim ki, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”.