"Meydan TV"nin daha iki əməkdaşının xaricə çıxışına qoyulmuş qadağa qaldırılıb.
Mia.az xəbər verir ki, bu barədə ölkədən çıxışına qadağa qoyulmuş Sevinc Vaqifqızı məlumat verib.
O bildirib ki, bu gün onunla Elnur Muxtar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. Və orada idarənin rəisi Eldar Əhmədov ölkədən çıxışlarına qadağanın götürüldüyünü bildiirb.