Baş nazir Novruz Məmmədov iki eatra "akademik” statusu verilməsi haqqında qərar imzalayıb.

Mia.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərara əsasən, aşağıdakı iki teatrın statusu dəyişib:

1. Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik” statusu verilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azər-baycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin.