"Bu hərəkətə görə inzibati tənbeh tədbiri görmək olardı. Amma işdən çıxarmaq əmək münasibətlərində ən ağır cəzadır. Burada ən çoxu zərər hesablana bilərdi ki, orada yanacaq sərf ediblər. Bu adi bir şeydir”.
Bu sözləri "Yeni Sabah”a "Vətəndaşların əmək hüquqları müdafiə liqası”nın sədri Sahib Məmmədov təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısının işdən çıxarılması ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, bunun üçün hətta işçiyə xəbərdarlıq etmək kifayət edirdi: "Onun nə mənfi nəticəsi var ki? Uzağı orada yarım litr benzin yanıb. Bu zaman çağırış olsaydı onlar getməsəydi, bunun nəticəsində hansısa xəstənin vəziyyəti ağırlaşsaydı bu başqa...
Görünür ki, iş yerində artıq hərəkət ediblər. Buna görə töhmət vermək kifayət idi. Əgər uzun müddət davam edibsə, yanacaq pulunu işəgötürənə dəymiş maddi ziyan kimi geri almaq olardı. Heç bir halda buna görə əmək müqaviləsinə xitam verilməsini adekvat cəza tədbiri kimi saya bilmərəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında bir xanımın başına dövr etməsini özündə əks etdirən video yayılmışdı. Bununla bağlı araşdırma aparıldıqdan sonra isə Səhiyyə Nazirliyi tərəfindən həmin şəxslər işdən çıxarılıb.
Videonu aşağıda yenidən təqdim edirik: